"Dualarımız daim Azərbaycanladır" - Mustafa Şentop

17:06 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qardaş Azərbaycanın müstəqillik gününü təbrik edir: “Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim təmənni və dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.